Güləşçimiz Sənan Süleymanov yarımfinala yüksəlib YENİLƏNİB
İdmançımız 1/4 finalda Macarıstan təmsilçisi Zoltan Levayla üz-üzə gəlib
 
                                    15:19
Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
77 kq çəki dərəcəsində yarışan idmançı 1/4 finalda Macarıstan təmsilçisi Zoltan Levayla üz-üzə gəlib.
İdmançımız bu görüşdə sonuncu xal prinsipi (1:1) ilə qalib gəlib.
Qeyd edək ki, idmançı 1/8 finalda Bolqarıstan təmsilçisi Ayk Mknatsyan üzərində qələbə qazanmışdı.
***
14:33
Parisdə keçirilən Olimpiya Oyunlarında Azərbaycan yunan-Roma güləşçisi Sənan Süleymanov (77 kq) 1/4 finala yüksəlib.
İdmançı Bolqarıstanı təmsil edən Hayk Mnatsakanyanı məğlub edib.
 
                     
                                     
                                 
                                                    
                                                 
                                                    
                                                 
                             
                            
 
                             ANS Press
                ANS Press 
             ANSTV
                ANSTV 
             ANSÇM
                ANSÇM
             
         
         
         
         1 dəqiqədən az
									1 dəqiqədən az 
								 
            
             
            
             
            
             
            
             
            
            