XƏBƏRLƏR / İdman

Canni İnfantino Hövsandakı futbol bazasını təftiş edib

Səfərin məqsədi Bakıda U-15-lər arasında dünya çempionatına hazırlıqlar ilə tanış olmaqdır

Canni İnfantino Hövsandakı futbol bazasını təftiş edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 13:52

    FIFA-nın prezidenti Canni İnfantino Azərbaycana səfərə gəlib.

    AFFA-dan verilən məlumata görə, səfər çərçivəsində milli assosiasiyanın prezidenti Rövşən Nəcəf və Canni İnfantino FIFA U-15 dünya çempionatı və festivalının oyunlarının keçiriləcəyi Hövsan qəsəbəsində inşa olunan futbol bazasında olublar. FIFA prezidentinə 10 futbol meydançasından ibarət kompleksdə tikinti işlərinin gedişatı və yarışa hazırlıq prosesi barədə ətraflı məlumat verilib.

    Qeyd edək ki, FIFA U-15 dünya çempionatı və festivalı tarixdə ilk dəfə keçiriləcək.

    ***

    12:03

    FIFA prezidenti Canni İnfantino Bakıya gəlib. Onun səfəri elan edilmədən, gizlicə reallaşıb.

    Səfərin məqsədi Bakıda oktyabrın son həftəsində keçiriləcək U-15-lər arasında dünya çempionatına hazırlıqlar ilə tanış olmaqdır. Bu gün ilk olaraq Hövsanda inşa olunan meydançalara baxış keçirilib.

    İnfantino bu məqsədlə qısa müddətdə istifadəyə hazırlanan 10 meydança ilə tanış olub. FIFA prezidentini təxminən iki aya görülən işlər təəccübləndirib. Təşkilati işlərin gedişindən məmnun qalan qonaq daha bir neçə görüş keçirdikdən sonra səfərini başa vuracaq.

    Hövsanda İnfantinonu AFFA rəsmiləri müşaiyət edib.