XƏBƏRLƏR / İdman

Doqquz cüdoçumuz Qran-pridə mübarizəyə başlayır

Portuqaliyanın Odivelaş şəhərində Qran-pri keçirilir

Doqquz cüdoçumuz Qran-pridə mübarizəyə başlayır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu gün Azərbaycan cüdoçuları Portuqaliyanın Odivelaş şəhərində keçirilən Qran-pridə mübarizəyə başlayacaqlar.

    İlk yarış günündə 9 idmançı tatamiyə çıxacaq.

    Kişilərdən Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Yaşar Nəcəfov, Kamran Süleymanov (hər ikisi 66 kq), qadınlardan Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə və Açeliya Toprak (hər ikisi 57 kq) qüvvəsini sınayacaq.

    Qadınlar

    48 kq

    Könül Əliyeva - Ka Li Vonq (Çin)

    52 kq

    Aydan Vəliyeva - Naomi Van Krevel (Niderland)

    Gültac Məmmədəliyeva - Lea Metrot (Fransa)

    57 kq.

    Fidan Əlizadə - Veronika Peres Paçeko (İspaniya)

    Açeliya Toprak - Maysa Pardayeva (Türkmənistan)

    Kişilər

    60 kq

    Balabəy Ağayev - Maksimilian Heyder (Almaniya) / Artyom Lesyuk (Ukrayna) cütünün qalibi

    Turan Bayramov - Joau Amaro Martins (Portuqaliya) / Ancelo Pantano (İtaliya) cütünün qalibi

    66 kq

    Yaşar Nəcəfov - Serdar Rahimov (Türkmənistan) / Yanislav Qerçev (Bolqarıstan) cütünün qalibi

    Kamran Süleymanov - Aleksandr Bukur (Portuqaliya)

    Qeyd edək ki, yarış yanvarın 28-də başa çatacaq. Azərbaycan Qran-pridə 13 cüdoçu ilə təmsil olunur.