XƏBƏRLƏR / İdman

“Qarabağ” səfərdə “Şelburn”a böyük hesabla qalib gəldi

“Köhlən atlar” UEFA Çempionlar Liqası çərçivəsində ilk oyunda uğur qazandılar

“Qarabağ” səfərdə “Şelburn”a böyük hesabla qalib gəldi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • “Qarabağ” UEFA Çempionlar Liqasında mövsümə start verib.

    Qurban Qurbanovun başçılıq etdiyi komanda İrlandiyada “Şelburn” klubunun qonağı olub.

    “Tolka Park” stadionunda keçirilən qarşılaşmada Ağdam təmsilçisi 3 xalı 3 qolla qazanıb.


    "Şelburn" (İrlandiya) - "Qarabağ" (Azərbaycan) - 0:3 

    Qolların müəllifləri:
    Andrade, 13 (0:1), Kaşçuk, 81 (0:2), Axundzadə, 85 (0:3)

     “Qarabağ”ının baş məşqçisi Qurban Qurbanov futbol üzrə Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda Dublində İrlandiyanın “Şelburn”u üzərində qazandıqları qələbəni (3:0) şərh edib.

    "İlk növbədə, futbolçularımı təbrik edirəm. Bu, çox vacib qələbədir. Oyun ərəfəsində demişdim ki, rəqib hər an bizim üçün gərginlik yaratmağa qadirdir və bu gün bunu gördük. Hesaba baxmayaraq, böyük üstünlüyə malik olmadıq. Cavab oyununa  hazırlaşmaq çox vacib olacaq. Bu matçdan əvvəl gərək 3:0 gərək unudaq. Bu gün azsaylı azarkeşlərimiz yanımızda idi, buna görə onlara minnətdaram”, - Qurbanov bildirib.

    - Sizcə, cütlüyün taleyi artıq həll olunub?
    - Qətiyyən yox. Bu yanlış fikirdir. Rəqibimiz uduzmağı sevmir. Fikrimdə dayanıram - bu komanda meydanda nə göstərmək istədiyini bilir. Ona görə də Bakıda biz bugünkündən daha diqqətli olmalıyıq.

    Cavab oyunu iyulun 30 Bakıda keçiriləcək.