XƏBƏRLƏR / İdman

Valdas Dambrauskas: Əsas odur ki, oyundan həzz alaq

Bu gün “Sabah” klubu Çempionlar Liqası çərçivəsində səfərdə İngiltərənin “Mançester Yunayted” klubu ilə qarşılaşacaq

Valdas Dambrauskas: Əsas odur ki, oyundan həzz alaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Valdas Dambrauskas: Əsas odur ki, oyundan həzz alaq, bu xüsusi anı hiss etməkdir.

    Azərbaycan “Sabah”ının baş məşqçisi Valdas Dambrauskas futbol üzrə Çempionlar Liqasının ümumi mərhələsinin 1-ci turunun bu gün İngiltərənin “Mançester Yunayted” komandasına qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb:

    "Hazırda məqsədimiz nəticə haqqında düşünmək deyil. Biz yaxşı oynamaq və dünyanın ən yaxşı komandalarından birinə qarşı həqiqətən də nə qədər güclü olduğumuzu görmək istəyirik. Monakodakı püşkatmadan dərhal sonra dedim ki, püşkatma çətin, çox çətin ola bilər, əsl "Sabah lotu" düşə bilər. Biz "Mançester Yunayted", "Barselona", "Arsenal", "Borussiya Dortm" kimi komandalara qarşı oynayacağıq.

    Hesab edirəm ki, indi nəticə barədə düşünməyin vaxtı deyil. Bu turnir və bu matçlar bizim və klubumuzla bağlı bir çox həqiqətləri üzə çıxaracaq. Onlar bizə hansı istiqamətdə hərəkət etmək istədiyimizi, nəyə nail olmaq istədiyimizi, hansı səhvlərə yol verəcəyimizi və onlardan necə öyrənəcəyimizi göstərəcəklər.

    Sabah əsas şey oyundan həzz almaq, bu xüsusi anı hiss etmək və onun içində olmaqdır. Təbii ki, bacardığımızın ən yaxşısını və oynaya biləcəyimiz futbolu göstərmək istəyirik. Rəqabət edə biləcəyikmi? Futbol ictimaiyyətini təəccübləndirəcək bir şey edə bilərikmi? Bizim görmək istədiyimiz budur. Nəticə haqqında düşünməyə başlasaq, sadaladığım bütün bu məsələlərə diqqətimizi itirəcəyik”, deyə Dambrauskas bildirib.

    Qeyd edək ki, bu gün saat 23:00 MANÇESTER YUNAYTED (İngiltərə) - SABAH (Azərbaycan) qarşıdurması başlayacaq.
    Mançester, "Old Trafford" stadionu

    Hakim: Villi Delajod (Fransa).