XƏBƏRLƏR / İdman

Milli cüdo komandamız Avropada qızıl medal qazandı

Avstriyanın Qrats şəhərində cüdo üzrə Avropa Gənclər Kuboku keçirilir

Milli cüdo komandamız Avropada qızıl medal qazandı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan milli cüdo komandası hazırda Qratsda davam edən Avropa Gənclər Kubokunun ilk günündə qızıl medal qazanıb.

    Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, 66 kq çəki dərəcəsində yarışan Məhəmməd Musayev bütün rəqiblərini məğlub edərək çempion olub.

    Finala çıxmazdan əvvəl o, Almaniya, Xorvatiya, Belçika və Macarıstan təmsilçilərini məğlub edib.

    Həlledici görüşdə Məhəmməd serbiyalı idmançı Marko Jorgiçi ipponla məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

    Bir qızıl medalla komanda kişilərin medal sıralamasında birinci, ümumi hesabda isə beşinci yeri tutub.