Premyer Liqa: Bu gün "Zirə" "Qarabağ"la üz-üzə gələcək
Zirə İdman Kompleksinin stadionununda baş tutacaq "Zirə" - "Qarabağ" dueli saat 19:00-da başlayacaq
Bu gün Misli Premyer Liqasının V turunda "Zirə" "Qarabağ"la üz-üzə gələcək.
Ötən tur "Sabah"a böyük hesabla uduzan "qartallar" Ağdam təmsilçisi ilə görüşdə uğurlu nəticə qazanmağa çalışacaqlar.
Cari mövsam Premyer Liqada məğlub olmayan "köhlən atlar" isə bu seriyanın davamını gətirməyi düşünür.
Zirə İdman Kompleksinin stadionununda baş tutacaq "Zirə" - "Qarabağ" dueli saat 19:00-da başlayacaq.
Günün digər görüşündə isə bu mövsüm qələbəyə həsrət olan "Araz-Naxçıvan" "Turan Tovuz"la qarşılaşacaq.
Şamaxı şəhər stadionundakı oyun saat 16:30-da start götürəcək.
Bu gün meydana çıxacaq komandalardan "Qarabağ" 9 xalla turnir cədvəlinin üçüncü sırasında yer alıb. Eyni xala malik "Zirə" dördüncü, 7 xalı olan "Turan Tovuz" isə beşincidir. "Araz-Naxçıvan" isə 1 xalla sonuncu - 12-ci sırada qərarlaşıb.
Misli Premyer Liqası
I dövrə, V tur
13 sentyabr
19:00. "Zirə" – "Qarabağ"
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Vüsal Məmmədov, Rauf Cabarov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Tərlan Talıbzadə.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Zirə İdman Kompleksinin stadionu
16:30. "Araz-Naxçıvan" – "Turan Tovuz"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İslam Məmmədov.
VAR: Kamal Umudlu.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Şamaxı şəhər stadionu
Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında "Neftçi" "İmişli"ni (3:2), "Kəpəz" "Qəbələ"ni (1:0) məğlub edib. "Sumqayıt" - "Şamaxı" matçında isə (1:1) qalib müəyyənləşməyib.
1 dəqiqə