XƏBƏRLƏR / İdman

"Qarabağ" Avropanın 400 klubu arasında 59-cu yerdədir

Cədvələ 2362 xalla "Real Madrid" başçılıq edir

"Qarabağ" Avropanın 400 klubu arasında 59-cu yerdədir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avropanın top komandalarının reytinq cədvəli açıqlanıb.

    Siyahıda qitənin 400 klubu yer alıb.

    “Qarabağ” 279 xalla 59-cu pillədə qərarlaşıb.

    “Neftçi” 19 xalla 250-ci, “Sabah” 15 xalla 275-cidir. 11 xala sahib “Zirə” isə 299-cu yerdədir.

    Qeyd edək ki, cədvələ 2362 xalla "Real Madrid" başçılıq edir.