XƏBƏRLƏR / İdman

Formula 1 Azərbaycan Qran Prisinə bilet satışı başlayıb

Qatar Airways Formula 1 Azərbaycan Qran Prisi 2024 13-15 sentyabr tarixlərində Bakıda keçiriləcək

Formula 1 Azərbaycan Qran Prisinə bilet satışı başlayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Baku City Curcuit” əməliyyat şirkəti Qatar Airways Formula 1 Azərbaycan Qran Prisi 2024 üçün biletlərin ilkin satışına (early bird) başlayıb.

    Fevralın 20-dən martın 5-dək azarkeşlər biletləri Bakı Şəhər Halqası proqramı vasitəsilə 20% endirimlə əldə edə biləcəklər.

    Azarkeşlərə üç günlük tribuna biletləri ilə yanaşı, pit-pass da veriləcək.

    Qatar Airways Formula 1 Azərbaycan Qran Prisi 2024 13-15 sentyabr tarixlərində Bakıda keçiriləcək.