Kaliforniyalı Maks Park kubik-rubiki 3,13 saniyəyə yığıb
Maks Park əvvəlki rekordu 0,34 saniyə yeniləyib
 
                                ABŞ-ın Kaliforniya ştatından olan 21 yaşlı gənc kubik-rubiki 3,13 saniyə ərzində yığaraq rəqabətli idman növündə dünya rekordunu yeniləyib.
Ginnesin rekordlar kitabına adını yazdıran kaliforniyalı Maks Park mexaniki tapmacanın yığılması üzrə 2018-ci ildə Yuşenq Du tərəfindən müəyyən olunan əvvəlki rekordu 0,34 saniyə yeniləyib. O, bundan öncə həmin yarışda 3,63 saniyə ilə ikinci yeri tuturdu.
Uşaq vaxtı autizm diaqnozu qoyulan Maks Park kubik-rubikin sürətli yığılmasının yaxşı terapiya olduğunu öz üzərində hiss etdikdən sonra onunla ciddi məşğul olmağa başlayıb.
 
                     
                                     
                                 
                                                    
                                                 
                                                    
                                                 
                             
                            
 
                             ANS Press
                ANS Press 
             ANSTV
                ANSTV 
             ANSÇM
                ANSÇM
             
         
         
         
         1 dəqiqədən az
									1 dəqiqədən az 
								 
            
             
            
             
            
             
            
             
            
            