XƏBƏRLƏR / İdman

Paris-2024: Azərbaycan taekvondoçusunun ilk rəqibi bəllidir

Qaşım Maqomedov avqustun 7-də döyüşəcək

Paris-2024: Azərbaycan taekvondoçusunun ilk rəqibi bəllidir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan taekvondoçusu Qaşım Maqomedovun “Paris-2024” Yay Olimpiya Oyunlarındakı ilk rəqibi bəlli olub.

    Təmsilçimiz startda irlandiyalı Cek Uolley ilə üz-üzə gələcək. 1/8 final mərhələsi çərçivəsində baş tutacaq görüş avqustun 7-si Bakı vaxtı ilə saat 13:48-də başlayacaq.