Bu gün “Qarabağ”ın Çempionlar Liqasında rəqibi bilinəcək
UEFA-nın İsveçrənin Nyon şəhərindəki Futbol Evində püşk atma mərasimi baş tutacaq
Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılacaq.
UEFA-nın İsveçrənin Nyon şəhərindəki Futbol Evində baş tutacaq tədbirdə Azərbaycan çempionu “Qarabağ”ın da rəqibi müəyyənləşəcək.
Mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. “Qarabağ” püşkdə səpələnmişlər siyahısında yer alacaq.
II təsnifat mərhələsinin ilk matçları iyulun 23-24-də keçiriləcək. Cavab oyunları ayın 30-31-də keçiriləcək.
Səpələnmişlər
PAOK
“Makkabi” TƏ
“Ferensvaroş”
“Qarabağ”
“Slovan” – “Struqa” cütünün qalibi
“Bodo Qlmt”
“Lüdororets” – “Dinamo” Bt cütünün qalibi
“Midtulland”
“Sparta”
“Malmö”
APOEL
“Panevejis” – HİK cütünün qalibi
Səpələnməmişlər
TNS – “Deçiç” cütünün qalibi
“Borats” – “Eqnatiya” cütünün qalibi
“Hamrun” – “Linkoln” cütünün qalibi
“Balkani” – “Santa Koloma” cütünün qalibi
“Flora” – “Selye” cütünün qalibi
“Klaksvik” – “Differdanj” cütünün qalibi
RFŞ – “Larne” cütünün qalibi
“Vikinqur” – “Şemrok Rovers” cütünün qalibi
“Virtus” – “Styaua” cütünün qalibi
“Ordabası” – “Petrokub” cütünün qalibi
“Dinamo” Mn – “Pünik” cütünün qalibi
“Yagellonya”
Qeyd edək ki, I təsnifat mərhələsinin matçları iyulun 9-10-da və 16-17-də keçiriləcək.