XƏBƏRLƏR / İdman

Azərbaycanın 3x3 basketbol millisi növbəti dəfə məğlub olub

Yığma V turda Avstraliya kollektivi ilə üz-üzə gəlib

Azərbaycanın 3x3 basketbol millisi növbəti dəfə məğlub olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

    Yığma V turda Avstraliya kollektivi ilə üz-üzə gəlib.

    Görüş komandamızın məğlubiyyəti ilə başa çatıb - 12:21.

    Ratomir Deliçin yetirmələri bu gün Çin ilə növbəti matçına çıxacaq.

    Qeyd edək ki, seçməmiz daha əvvəl İspaniyaya 16:18, Fransaya 10:15, Almaniyaya 8:12 hesabı ilə uduzub. Basketbolçularımız ABŞ millisinə qalib gəlib - 20:17.