XƏBƏRLƏR / İdman

Bu gün "Qarabağ" Yunanıstanda "Olimpiakos"la görüşəcək

Qurban Qurbanov: Çalışacağıq ki, yaxşı oyun göstərək

Bu gün "Qarabağ" Yunanıstanda "Olimpiakos"la görüşəcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu gün Azərbaycanın “Qarabağ” klubu Avropa Liqasının əsas mərhələsinin 8-ci turunun oyununa çıxacaq.
    Qurban Qurbanovun komandası səfərdə Yunanıstanın “Olimpiakos”u ilə qarşılaşacaq.

    Azərbaycanın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının əsas mərhələsinin 8-ci turunun sabah Yunanıstan “Olimpiakos”u ilə keçirəcəkləri oyun öncəsi mətbuat konfransı keçirib.


    “Bizi əsas mərhələnin son oyunu gözləyir. Bizə qarşı ciddi rəqib oynayır. Şübhə etmirəm ki, onlar qarşılarına ən yüksək hədəflər qoyublar və Avropa Liqasını qazanmaq istəyirlər. Ötən mövsüm onlar Konfrans Liqasının qalibi olublar. Rəqibin yüksək ambisiyaları var. Onların oyununda sürəti və aqressivliyi qeyd edə bilərəm. Biz də öz növbəmizdə son dəqiqəyə kimi oynayıb, yaxşı oyun göstərməyə çalışacağıq”.