XƏBƏRLƏR / İdman

Azərbaycan Kuboku: Bu gün I təsnifat mərhələsinin yekunudur

Bu raundun sonuncu matçında II Liqa klubları – “Dinamo” (Bakı) və “Füzuli” qarşılaşacaq

Azərbaycan Kuboku: Bu gün I təsnifat mərhələsinin yekunudur
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulacaq.

    Bu raundun sonuncu matçında II Liqa klubları – “Dinamo” (Bakı) və “Füzuli” qarşılaşacaq. Neftçi Futbol Mərkəzində reallaşacaq görüş saat 13:30-da başlayacaq.

    Cütün qalibi II təsnifat mərhələsində “Səbail”lə üz-üzə gələcək.

    Qeyd edək ki, bu raundun əvvəlki oyunlarında "Şahdağ Qusar" "Kür-Araz"a 3:1, "Şəfa" "Saatlı-Araz"a 2:0, "Şəmkir" "Şəki City"ə 1:0, "Ağdaş" "Lerik"ə 4:0, "Şimal" "Qusar"a 4:1, "Hypers Guba" "Göygöl"ə 3:2 hesabı ilə qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.