XƏBƏRLƏR / İdman

Azərbaycan komandalarının Avropa kuboklarında rəqibləri

Püşkatmanın nəticələrinə ölkənnin 3 futbol komandasının rəqibləri müəyyənləşib

Azərbaycan komandalarının Avropa kuboklarında rəqibləri
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu gün İsveçrənin Nyon şəhərində Futbol üzrə Konfrans Liqasının (KL) 2-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Burada  Azərbaycanın üç komandasının rəqibləri müəyyənləşib.

    Püşkatmanın nəticələrinə əsasən, Bakının “Neftçi” klubu 1-ci turda qarşılaşacaq “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütlüyünün qalibi ilə görüşəcək.

    “Sabah” -  “Makedoniya GP” (Şimali Makedoniya) – RFS (Latviya) cütlüyünün qalibi ilə qarşılaşacaq.

    “Qəbələ” isə Kiprin “Omoniya” klubu  ilə qarşılaşacaq.

    KL-nın 2-ci təsnifat mərhələsinin oyunları iyulun 27-də və avqustun 3-də keçiriləcək.

    Çempionlar Liqasında çıxış edən "Qarabağ" isə 1-ci turda Cəbəllütariqli "Linkoln"u keçərsə, ikinci mərhələdə Rakov (Polşa) - Flora (Estoniya) cütlüünün qalibi ilə qarşılaşacaq. “Qarabağ” ilk oyunu ikinci mərhələdə iyulun 25-də və ya 26-da səfərdə keçirməlidir.