XƏBƏRLƏR / İdman

Millimiz Fransaya yollanıb

Fransa - Azərbaycan görüşü oktyabrın 10-da keçiriləcək

Millimiz Fransaya yollanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Fransa yığması ilə qarşılaşacaq Azərbaycan milli komandası oyunun keçiriləcəyi Paris şəhərinə yola düşüb.

    Millimizi səfərə aparan təyyarə saat 15:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanını tərk edib.

    Komandamız oktyabrın 9-da Bakı vaxtı ilə saat 22:00-da matçın baş tutacağı “Park de Prens” stadionunda son məşqinə çıxacaq.

    Qeyd edək ki, oktyabrın 10-da keçiriləcək Fransa - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.