XƏBƏRLƏR / İdman

“Paris-2024”: Hacı Əliyev mübarizəni dayandırıb

Azərbaycanın sərbəst güləşçisi təsəlliverici görüşə qatılmaq şansını itirib

“Paris-2024”: Hacı Əliyev mübarizəni dayandırıb
Hacı Əliyev
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev (65 kiloqram) “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.

    Buna idmançımızın 1/4 final mərhələsində uduzduğu Macarıstan təmsilçisi İsmail Musukayevin finala çıxa bilməməsi səbəb olub.

    Bununla da Hacı Əliyev bürünc medal uğrunda təsəlliverici görüşə qatılmaq şansını itirib.

    Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 5 medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) isə bürünc medala sahib çıxıblar.