“Liverpul”un Baş məşqçisi: Oyun çətin keçəcək
Arne Slot və müdafiəçi Ceremi Frimponq “Qarabağ”la oyun qabağı mətbuat konfransı keçiriblər VİDEO
“Liverpul”un baş məşqçisi Arne Slot:
“Qarabağ”ın həm fərdi oyunçuları, həm də ümumi oyun üslubu kifayət qədər güclüdür. Komanda çox birbaşa və sürətli futbol oynayır, futbolçular isə topa nəzarətdə özlərini rahat hiss edirlər. Onlar çox yaxşı komandadır və onları məğlub etmək çox çətindir. Onlar "Çelsi" ilə 2-2 heç-heçə etməyi bacardılar və qələbə qazanmalarına imkan vermədilər.Oyun çətin keçəcək. Biz bu mövsüm artıq bir çox güclü rəqiblə qarşılaşmışıq və çox sayda çətin oyun keçirmişik".

Mətbuat konfransında "Liverpul"un sağ müdafıəçisi Ceremi Frimponq da iştirak edib. Futbolçu 2024-cü ildə UEFA Avropa Liqasının 1/8 final mərhələsində "Bayer" Leverkuzen klubunun tərkibində "Qarabağ"la oyunu haqda təsuratlarını danışıb:
"Bu oyun çox keşməkeşli idi. Düşünürəm ki, iki və ya üç sıfır hesabı ilə geridə idik və təbii ki, geri qayıtmağı bacardıq və deyəsən son dəqiqədə qol vurduq. Onların nə qədər yaxşı olduğunu bilirəm, Leverkuzenlə oynadıqları oyundan əminəm ki, Çempionlar Liqası səviyyəsindədirlər. Bilirəm ki, sabah asan bir sınaq olmayacaq, ona görə də sadəcə hazır olmalı, hazırlığlı olmalıyıq və meydana çıxıb, əlimizdən gələni etməliyik".
Qeyd edək ki, Frimponq həmin oyunnun 72-ci dəqiqəsində "Qarabağ"ın qapısına qol vura bilmişdi. Ağdammlılar 2:3 hesabı ilə almanlara uduzaraq ("Bayer" 2 oyununun yekununa görə 5:4 hesabı ilə qalib gəlib), Avropa Liqasında iştirakını bitirib.
1 dəqiqə