XƏBƏRLƏR / İdman

Paris-2024: Azərbaycan cüdoçularının rəqibləri müəyyənləşdi

İyulun 27-də start götürəcək cüdo yarışlarında ölkəmizi 7 kişi və 2 qadın tatami ustası təmsil edəcək

Paris-2024: Azərbaycan cüdoçularının rəqibləri müəyyənləşdi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Fransada keçiriləcək Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycan cüdoçularının rəqibləri müəyyənləşib.

    Yığmamızın lideri Hidayət Heydərov Tohar Bitbul (İsrail) - Reduan Masud Dris (Əlcəzair) cütünün qalibi ilə üz-üzə gələcək.

    Hidayətlə yanaşı sonuncu dünya çempionatının qızıl medalını qazanan Zelim Tçkayev isə Umar Alfa Djalo (Fransa) - Abdelrahman Abdelqani (Misir) cütünün qalibi ilə qarşılaşacaq.

    İyulun 27-də start götürəcək cüdo yarışlarında ölkəmizi 7 kişi və 2 qadın tatami ustası təmsil edəcək.

    Kişilər
    27 iyul

    60 kq
    Balabəy Ağayev – Simon Zulu (Zambiya) - Von Jin Kim (Cənubi Koreya) cütünün qalibi

    28 iyul

    66 kq
    Yaşar Nəcəfov – Straxinya Bunçiç (Serbiya)

    29 iyul

    73 kq
    Hidayət Heydərov – Tohar Bitbul (İsrail) - Reduan Masud Dris (Əlcəzair) cütünün qalibi

    30 iyul

    81 kq
    Zelim Tçkayev – Umar Alfa Djalo (Fransa) - Abdelrahman Abdelqani (Misir) cütünün qalibi

    31 iyul

    90 kq
    Elcan Hacıyev – Mihael Zqanq (Türkiyə)

    1 avqust

    100 kq
    Zelim Kotsoyev – Pyotr Kuçera (Polşa) - Tomas Briçeno (Çili) cütünün qalibi

    2 avqust

    +100 kq
    Uşanqi Kokauri – Rafael Silva (Braziliya)

    Qadınlar
    27 iyul

    48 kq
    Leyla Əliyeva – Xalimajon Kurbanova (Özbəkistan)

    28 iyul

    52 kq
    Gültac Məmmədəliyeva – Anjelika Delqado (ABŞ)