Gürcüstan və Ermənistan dünya çempionatı keçirmək istəyirlər
Qonşular 2029-cu ildə U-20 futbolçuları arasında dünya çempionatına ev sahibliyinə birgə ərizə təqdim ediblər
Gürcüstan və Ermənistan 2029-cu ildə 20 yaşadək futbolçular arasında keçiriləcək dünya çempionatına ev sahibliyi etmək üçün birgə ərizə təqdim ediblər.
Gürcüstan Futbol Federasiyasının rəhbəri Levan Kobiaşvili “Bu, çox mühüm layihədir və bu, bizim ölkələrimizə futbolun inkişafına kömək edəcək" deyib.
Ermənistan Futbol Federasiyasının rəhbəri Armen Melikbekyan artıq UEFA rəhbərliyi ilə məsləhətləşmələrin aparıldığını və qurumun ölkələrə dəstək verməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, 2017-ci ildə Gürcüstan 19 yaşadək futbolçular arasında Avropa çempionatına, 2023-cü ildə isə Rumıniya ilə birlikdə 21 yaşadək futbolçular arasında Avropa çempionatına ev sahibliyi edib.