Göygöldə cüdo üzrə Avropa Kuboku turniri start götürüb
İki gün ərzində 18 ölkədən 268 cüdoçu tatamiyə çıxacaq
Göygöldə keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yeniyetmələr arasında cüdo üzrə Avropa Kuboku turnirinə start verilib.
Turnirin ilk günü qızların yarışında -40, 44, 48 və -52, oğlanların yarışında isə -50, -55, 60 və -66 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək.
Qeyd edək ki, iki gün ərzində 18 ölkədən 268 cüdoçu tatamiyə çıxaraq medallar uğrunda mübarizə aparacaq.