XƏBƏRLƏR / İdman

3 pilot birinci sprint yarışında mübarizəni dayandırdı

Formula 2 yarışlarında hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparır

3 pilot birinci sprint yarışında mübarizəni dayandırdı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakı şəhər halqasında keçirilən Formula 2 üzrə birinci sprint yarışında üç pilot mübarizəni dayandırıb.

    "Van Amersfoort Racing" konandasından Riçard Verşur, "Campos Racing"dən Ralf Boşunq və "Rodin Carlin"dən Zeyn Meloni sıradan çıxıblar.

    Formula 2 yarışlarında hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparır. Pilotlar Bakı şəhər halqasında 21 dövrə vuracaqlar.