XƏBƏRLƏR / İdman

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

D qrupunda yer alan yığma I turda Avstraliya seçməsi ilə üz-üzə gələcək

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Futbol üzrə Türkiyə millisi dünya çempionatında ilk oyununa çıxacaq.

    D qrupunda yer alan yığma I turda Avstraliya seçməsi ilə üz-üzə gələcək. Qarşılaşma iyunun 14-də Bakı vaxtı ilə səhər saat 08:00-da start götürəcək.

    Dünya Kuboku heyəti:

    Baş məşqçi Vinçenzo Montellanın son 26 nəfərlik heyətinə aşağıdakı futbolçular daxildir:

    Qapıçılar: Altay Bayındır, Mert Günok, Uğurcan Çakır.

    Müdafiəçilər: Abdülkerim Bardakcı, Eren Elmalı, Çağlar Söyüncü, Mert Müldür, Ferdi Kadıoğlu, Merih
    Demiral, Ozan Kabak, Samet Akaydin, Zeki Çelik.

    Yarımmüdafiəçilər: Hakan Çalhanoğlu, İsmail Yüksek, Kaan Ayhan, Orkun Kökçü, Salih Özcan.

    Hücumçular: Arda Gülər, Barış Alper Yılmaz, Yunus Akgün, Can Uzun, Dəniz Gül, İrfan Can Kahveci, Kənan Yıldız, Kerem Aktürkoğlu, Oğuz Aydın.

    Turnirin ilk turunda daha üç görüş keçiriləcək. Bu gün saat 23:00-da B qrupunda Qətər və İsveçrə milliləri münasibətlərinə aydınlıq gətirəcəklər. İyunun 13-dən 14-nə keçən gecə, saat 02:00-da C qrupunda Braziliya Mərakeşlə, saat 05:00-da isə Haiti Şotlandiya ilə qarşılaşacaq.

    Qeyd edək ki, ABŞ, Meksika və Kanadanın ev sahibliyi etdiyi mundiala iyulun 19-da yekun vurulacaq.