XƏBƏRLƏR / İdman

"Qarabağ" "Dinamo Kiyev"i 2:0 hesabıyla məğlub etdi

Ağdamlılar pley-off mərhələsinə vəsiqə qazandı

"Qarabağ" "Dinamo Kiyev"i 2:0 hesabıyla məğlub etdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Qarabağ” bu gün III təsnifat mərhələsində cavab oyununa çıxıb.

    Ağdam klubu Ukraynanın “Dinamo” (Kiyev) komandasını qəbul edib.

    Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən ağdamlıların üstünlüyü ilə keçib. Təmsilçimiz iki cavabsız qol vuraraq adını növbəti mərhələyə yazdırıb.

    Qeyd edək ki, Lublində baş tutan ilk oyunda “Dinamo” 1:0 hesablı qələbə qazanıb.

    Saat 20:00: "Qarabağ" (Azərbaycan) - "Dinamo Kiyev" (Ukrayna) - 2-0 (1-0)
    Muaddib, 12 (1-0), Kaşçuk, 69 (2-0)