XƏBƏRLƏR / İdman

"Qarabağ" "Ludoqorets"in qapısından yeddi qol keçirib

Qurban Qurbanovun rəhbərlik etdiyi komanda doğma meydandakı 1:2 hesablı məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb

"Qarabağ" "Ludoqorets"in qapısından yeddi qol keçirib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • "Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib.

    Qitənin ən nüfuzlu klub turnirinin III təsnifat mərhələsinin cavab matçı çərçivəsində Bolqarıstanda "Ludoqorets"in qonağı olan Ağdam təmsilçisi rəqibini 7:2 hesabı ilə məğlub edib.

    Bununla da Qurban Qurbanovun rəhbərlik etdiyi komanda doğma meydandakı 1:2 hesablı məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb.

    Qeyd edək ki, "Qarabağ"ın qrup mərhələsinə gedə yolda rəqibi Xorvatiyanın "Dinamo" (Zaqreb) kollektivi olacaq. "Köhlən atlar" Xorvatiya çempionu ilə ilk görüşünü avqustun 20-si səfərdə keçirəcək. Pley-off-da mübarizəni dayandıran tərəf birbaşa Avropa Liqasının qrup mərhələsində iştirak etmək hüququ qazanacaq.

    ***

    21:52

    UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bolqarıstanda üz-üzə gələcək “Ludaqorets” və “Qarabağ” komandalarının start heyətləri açıqlanıb.

    Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

    “Ludoqorets”: Hendrik Bonmann, Oliviyer Verdon, Dinis Almeyda, Son, Anton Nedyalkov, Laros Duarte, Jakub Petrovski, Pedro Naressi, Riçk, Ruan Seko, Kvadvo Dua.

    Baş məşqçi: George Derminçiyev.

    “Qarabağ”: Fabiyan Buntiç, Julio Romao, Yassin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Olavio Juninyo, Elvin Cəfərquliyev, Marko Veşoviç, Kevin Medina.

    Baş məşqçi: Qurban Qurbanov.

    Qeyd edək ki, qarşılaşma saat 22:00-da start götürəcək. Ağdam təmsilçisi ilk görüşdə rəqibinə 1:2 hesabı ilə məğlub olub.