Ülviyyə Fətəliyeva karyerasında ilk dəfə ölkə çempionu oldu
Şahmat üzrə Azərbaycan Çempionatı sona çıtıb
Azərbaycanın ən yüksək reytinqli şahmatçısı Ülviyyə Fətəliyeva karyerasında ilk dəfə ölkə çempionu oldu.
Bu gün o, finalda tay-brekdə Ayan Allahverdiyevanı 1,5-0,5 hesabı ilə məğlub etdi. Ülviyyə titul və Azərbaycan Qadınlar Çempionatının qalibi üçün nəzərdə tutulan 12.000 manat mükafatı qazandı.
Bürünc medal uğrunda görüşdə Gülnar Məmmədova Türkyan Məmmədyarovanı məğlub etdi.
Xatırladaq ki, dünən kişilər çempionatında Məhəmməd Muradlı Şəhriyar Məmmədyarovu məğlub edərək qızıl medal qazandı. Muradlı 20.000 manat qazandı. Bürünc medal Aydın Süleymanlıya nəsib oldu.
1 dəqiqədən az