XƏBƏRLƏR / İdman

Azərbaycan Şahmat Çempionatının finalında şok FOTO

Reytinq favoriti Şəhriyar Məmmədyarov finalda altıncı sırada yer alan Maqomed Muradlıya məğlub olub

Azərbaycan Şahmat Çempionatının finalında şok FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Kişilər arasında Azərbaycan Şahmat Çempionatının finalında şok anlar yaşanıb. Reytinq favoriti Şəhriyar Məmmədyarov (2727) finalda altıncı sırada yer alan Maqomed Muradlıya (2581) məğlub olub.

    Dünən Şəhriyarın ağlarla oynadığı ilk oyunda rəqiblər heç-heçə ediblər. Bu gün Maqomed ağlarla oynayıb və qalib gəlib.

    Muradlı karyerasında üçüncü dəfə ölkə çempionu olub. O, 20.000 manat pul mükafatı alıb.

    Məmmədyarov isə ardıcıl ikinci ildir ki, finalda uduzur. Keçən il Rauf Məmmədova uduzub. Şəhriyar sonuncu dəfə Azərbaycan çempionatını 24 il əvvəl qazanıb.