XƏBƏRLƏR / İdman

Bu gün “Qızıl top” mükafatının sahibi bəlli olacaq

Təqdimetmə mərasimi Fransanın paytaxtı Parisdə keçiriləcək

Bu gün “Qızıl top” mükafatının sahibi bəlli olacaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • "France Football" nəşrinin ilin ən yaxşı futbolçusu üçün təsis etdiyi "Qızıl top" mükafatının sahibi bu gün bəlli olacaq.

    Təqdimetmə mərasimi Fransanın paytaxtı Parisdəki Şatle teatrında keçiriləcək.

    Namizədlər siyahısında Cud Bellinqem, Kilian Mbappe, Vinisius Junior, Toni Kroos (karyerasını bitirib), Antonio Rüdiger, Federiko Valverde, Daniel Karvaxal (hamısı “Real”), Ruben Diaş, Erlinq Haaland, Fil Foden, Rodri (hamısı “Mançester Siti”) , Emiliano Martines (“Aston Villa”), Niko Uilyams (“Atletik”), Qranit Caka, Florian Virts, Aleks Qrimaldo (hamısı “Bayer”), Artem Dovbik (”Roma”), Mats Hummels (”Roma”), Dani Olmo (”Barselona”), Lamin Yamal (“Barselona”), Harri Keyn (“Bavariya”), Vitinya (PSJ), Koul Palmer (“Çelsi”), Bukayo Saka, Martin Edeqor, Vilyam Saliba, Deklan Rays (hamısı “Arsenal”), Hakan Çalhanoğlu, Lautaro Martines (hər ikisi “İnter”) və Ademola Lukman (“Atalanta”) yer alıblar.

    Qeyd edək ki, “Qızıl top”un son qalibi 2023-cü ildə Argentina millisinin və ABŞ-ın “İnter Mayami” komandasının üzvü Lionel Messi olub.