XƏBƏRLƏR / İdman

Azərbaycan badmintonçusu Paris-2024-dəki çıxışını başa vurub

İdmançımız E qrupunun növbəti matçında danimarkalı Anders Antonsenlə qarşılaşıb

Azərbaycan badmintonçusu Paris-2024-dəki çıxışını başa vurub
Edi Reski Dviçayo
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın kişi badmintonçusu Edi Reski Dviçayo Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

    İdmançımız E qrupunun növbəti matçında danimarkalı Anders Antonsenlə qarşılaşıb.

    Görüş təmsilçimizin məğlubiyyəti ilə yekunlaşıb - 0:2, (12:21, 14:21).

    Qeyd edək ki, Edi Reski Dviçayo bu nəticənin ardından Paris-2024-dəki çıxışını başa vurub.