Ronaldinyo peşəkar futbolçu karyerasını bərpa edir
O, İtaliyanın “Ravenna” klubu ilə müqavilə imzalayacaq
Braziliyanın əfsanəvi futbolçusu, “Qızıl top” mükafatı laureatı Ronaldinyo İtaliyanın “Ravenna” klubu ilə müqavilə imzalayacaq.
Bu barədə klubun vitse-prezidenti Ariedo Braida ANSA agentliyinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Ronaldinyonun transferi yaxın günlərdə rəsmən təqdim olunacaq. Braida futbolçunun meydançaya çıxıb-çıxmayacağı barədə qəti fikir bildirməyərək bunun hələlik dəqiqləşmədiyini qeyd edib.
Transferin rəsmi təqdimatı iyunun 23-də Mayamidə keçiriləcək.
Qeyd edək ki, Ronaldinyo peşəkar futbolçu karyerasını 2018-ci ildə başa vurduğunu açıqlamışdı
1 dəqiqədən az