XƏBƏRLƏR / İdman

UEFA “Qarabağ”a 1,5 milyon avro ödədi

Bu məbləğin yarısı Avropa Liqasının qrup mərhələsinin son iki oyunun görə verilib

UEFA “Qarabağ”a 1,5 milyon avro ödədi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • UEFA növbəti dəfə “Qarabağ” klubuna ödəniş edib.

    1 516 000 avro AFFA-nın vasitəçiliyi ilə Ağdam təmsilçisinin hesabına köçürülüb.

    Bu məbləğin 840 000 avrosu Avropa Liqasının qrup mərhələsinin son iki oyununda əldə olunan heç-heçə (210 000) və qələbəyə (630 000) görə verilib.

    Pley-off mərhələsinə vəsiqə Azərbaycan çempionuna 550 000 avro qazandırıb. 126 000 avro isə performans bonusu kimi ödənilib.

    Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” komandası ilə qarşılaşacaq. İlk oyun fevralın 15-də səfərdə, cavab matçı isə bir həftə sonra Bakıda keçiriləcək.