DÇ: Azərbaycanın iki güləşçisi finala yüksəlib
Bakıda güləş üzrə U-17 dünya çempionatı keçirilir YENİLƏNİB
17:55
Azərbaycanın yunan-Roma güləşçisi Abdurrahman Hüseynli Bakıda təşkil olunan U-17 dünya çempionatında finala yüksəlib.
51 kq çəki dərəcəsində yarışan idmançı yarımfinalda gürücüstanlı Saba Abaşidzeyə (9:3) qalib gələrək həlledici mərhələyə adlayıb.
Təmsilçimiz sabah qızıl medal uğrunda görüşdə qüvvəsini sınayacaq.
Qeyd edək ki, Abdurrahman Hüseynli daha əvvəl təsnifat mərhələsində qazaxıstanlı Kuanişbek Janqajolunu, 1/8 finalda əlcəzairli Lyes Bumazanı eyni hesabla (9:0) üstələmişdi. O, 1/4 finalda ermənistanlı Gevorq Harutyunyandan (6:4) güclü olub.
***
17:25
Azərbaycanın yunan-Roma güləşçisi Əli Cavadlı Bakıda təşkil olunan U-17 dünya çempionatında finala yüksəlib.

45 kq çəki dərəcəsində yarışan idmançının yarımfinaldakı rəqibi iranlı Esmayili Armin Amin görüşə çıxmadığı üçün milli üzvü adını həlledici mərhələyə yazdırıb.
Təmsilçimiz sabah qızıl medal uğrunda görüşdə qüvvəsini sınayacaq.
Qeyd edək ki, Əli Cavadlı 1/8 finalda bolqarıstanlı Oqnyan Burqazovu (9:0), 1/4 finalda isə gürcüstanlı Luka Bolkvadzeni tam üstünlüklə (9:0) məğlub edib.
***
10:59
Bakıda təşkil olunan güləş üzrə U-17 dünya çempionatında bu gün növbəti görüşlər baş tutacaq.
Azərbaycanın daha 5 yunan-Roma güləşçisi təsnifat mərhələsində mübarizəyə başlayacaq.
Təsnifat mərhələsi
45 kq
Əli Cavadlı – Oqnyan Burqazov (Bolqarıstan)
51 kq
Abdulrəhman Hüseynli – Kuanişbek Janqajol (Qazaxıstan)
60 kq
Elmir Çərkəzov – Nurali Askar (Qazaxıstan)
71 kq
Nadir Həsənov – Mahdi Azizboyev (Tacikistan)
92 kq
Zöhrab Səfərov – Hlib Yevsieyev (Ukrayna)
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
Ermənistan komandasının üzvləri Ararat Avetisyan (48 kq) və Vazgen Mnatsakanyan (65 kq) yarımfinalda rəqiblərini məğlub edə bilməyiblər və bürünc medal uğrunda mübarizə aparacaqlar.
2 dəqiqə