Bu gün Azərbaycan millisi Fransa ilə üz-üzə gələcək
Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək
Ayxan Abbasovun baş məşqçisi olduğu yığma Fransa kollektivini qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21:00-da start götürəcək. Latviya və Niderlanddan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
D qrupunun digər matçında Ukrayna İslandiya ilə üz-üzə gələcək. Həmin görüş saat 23:45-də başlayacaq.
Qeyd edək ki, 13 xalla qrupda lider olan Fransa komandası DÇ-2026-nın final mərhələsinə vəsiqəni təmin edib. İslandiya və Ukrayna 7 xalla növbəti pilləri bölüşdürürlər. 1 xalı olan Azərbaycan millisi dördüncüdür.
1 dəqiqədən az