DÇ: Yunan-Roma güləşçimiz gümüş medala sahib çıxıb
80 kiloqram çəki dərəcəsində çıxış edən İsfahan Həsənov iranlı Rezai Hasana məğlub olub
Azərbaycanın yunan-Roma güləşçisi İsfahan Həsənov Bakıda təşkil olunan U-17 dünya çempionatında gümüş medal qazanıb.
80 kiloqram çəki dərəcəsində çıxış edən idmançı iranlı Rezai Hasana məğlub olaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Daha əvvəl Ömər Salmanov (48 kiloqram) və Orxan Həbibli (65 kiloqram) bürünc mükafata sahib çıxıblar.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən mundialda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycanı turnirdə 29 idmançı təmsil edir.
1 dəqiqədən az