13:42
Azərbaycan güləşçisi Nəzrin Əhmədli Bakıda təşkil olunan U-17 dünya çempionatındakı ilk görüşündə məğlub olub.
49 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda Almaniya təmsilçisi Madina Bayramovaya sonuncu xal prinsipinə əsasən uduzub - 1:1.
***
Azərbaycan güləşçisi Vəfa Orucova Bakıda keçirilən U-17 dünya çempionatındakı ilk görüşündə uduzub.
43 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda rumıniyalı Valia Harsana 2:5 hesabı ilə məğlub olub.
***
Azərbaycan güləşçisi Rəna Nuriyeva Bakıda təşkil olunan güləş üzrə U-17 dünya çempionatında ilk görüşünü keçirib.
65 kq çəki dərəcəsində yarışan idmançı meksikalı Silviya Espinoza Munizə 5:8 hesabı ilə uduzub.
***
Azərbaycan güləşçisi Qaratel Quliyeva Bakıda təşkil olunan U-17 dünya çempionatında ilk görüşünü keçirib.
57 kq çəki dərəcəsində yarışan idmançı təsnifat mərhələsində isveçrəli Delya Qislerə 2:3 hesabı ilə məğlub olub.
***
10:56
Bakıda keçirilən U-17 dünya çempionatında bu gün qadın güləşi üzrə mübarizəyə start veriləcək.

Üçüncü yarış günündə Azərbaycanın 4 qadın güləşçisi tatamiyə çıxacaq.
Vəfa Orucova (43 kiloqram) Valia Harsan (Rumıniya), Nəzrin Əhmədli (49 kiloqram) Madina Bayramova (Almaniya), Qaratel Quliyeva (57 kiloqram) Delya Qisler (İsveçrə), Rəna Nuriyeva (65 kiloqram) isə Silviya Espinoza Muniz (Meksika) ilə qarşılaşacaq.
Bu gün, həmçinin Azərbaycanın yunan-Roma güləşçiləri medal uğrunda görüşlərə çıxacaqlar.
Əli Cavadlı (45 kiloqram) və Abdurrahman Hüseynli (51 kiloqram) qızıl, Elmir Çərkəzov (60 kiloqram) bürünc mükafat qazanmaq üçün mübarizə aparacaqlar.
Zöhrab Səfərov (92 kiloqram) isə təsəlliverici görüşdə qüvvəsini sınayacaq.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən mundialda 60-dan çox ölkədən 700-dək yeniyetmə güləşçi iştirak edir. Azərbaycanı turnirdə 29 idmançı təmsil edir. Ötən gün yunan-Roma güləşçilərindən İsfahan Həsənov (80 kiloqram) gümüş, Ömər Salmanov (48 kiloqram) və Orxan Həbibli (65 kiloqram) bürünc medal qazanıblar.
***
09:33
Azərbaycanın 4 yunan-Roma güləşçisi Bakıda keçirilən U-17 dünya çempionatında bu gün medallar uğrunda görüşlərə çıxacaqlar.
Əli Cavadlı (45 kq) finalda amerikalı Raylen Vaksla qarşılaşacaq.
Abdurrahman Hüseynli (51 kq) də həlledici görüşdə çıxış edəcək. Onun finaldakı rəqibi Bunyod Hasanov (Özbəkistan) olacaq.
Ötən gün yarımfinalda uduzan Elmir Çərkəzov (60 kq) bürünc medal uğrunda qarşılaşmaya çıxacaq.
Zöhrab Səfərov (92 kq) də fəxri kürsünün üçüncü pilləsində yer almaq şansına malikdir. O, əvvəlcə təsəlliverici görüşdə iranlı Amirreza Mehritalarpoştiylə üz-üzə gələcək.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
3 dəqiqə