XƏBƏRLƏR / İdman

"Tvente" ilə oyunda azarkeşləri sevindirməyə çalışacağıq"

Bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib VİDEO

"Tvente" ilə oyunda azarkeşləri sevindirməyə çalışacağıq"
  • Oxuma müddəti:

    1 dəqiqə

  • "Qarabağ" "Tvente" ilə oyunda azarkeşləri sevindirməyə çalışacaq.

    Bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Tvente" (Niderland) ilə Bakıda keçiriləcək cavab matçından öncə mətbuat konfransında deyib. VİDEO

    Mütəxəssis UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan "Sabah"ı da təbrik edib:

    "Sabah"ı təbrik edirəm, uğurlar arzulayıram. "Tvente" ilə oyun bizim üçün vacibdir. Maraqlı oyun olacaq. Azarkeşləri sevindirməyə çalışacağıq".

    O, maksimum diqqətli olmağın vacibliyini vurğulayıb:

    "Belə oyunlarda rəqibdən daha çox özümüzü dəyərləndirmişəm. Hazırlıq səviyyəmizlə bağlı düşünmüşəm. Həddindən artıq diqqətli olmalıyıq. Rəqib potensiallı futbolçulara malikdir. Hesabda öndə olmağımız əlavə üstünlükdür, həm də təhlükədir".

    Xatırladaq ki, "Qarabağ" - "Tvente" görüşü avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Komandalar arasında Niderlandda baş tutan oyunda Ağdam təmsilçisi 1:0 hesablı qələbə qazanıb.