XƏBƏRLƏR / İdman

“Qarabağ” “pley-off”u adlayaraq 1,2 milyon avro qazandı

“Qarabağ” 1/8 final mərhələsinə vəsiqə qazanmaqla həm də öz büdcəsini zənginləşdirib

“Qarabağ” “pley-off”u adlayaraq 1,2 milyon avro qazandı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ötən gecə “Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsində cavab oyununu yüksək səviyyədə keçirməklə adını tarixə yazdırdı. Ümumi hesabda Portuqaliyanın "Braqa" klubunu 6:5 hesıbı ilə üstələyən komandamız Avropa Liqasının 1/8 final mərhələsinə vəsiqə qazandı.

    “Qarabağ” 1/8 final mərhələsinə vəsiqə qazanmaqla həm də öz büdcəsini zənginləşdirib. Belə ki, pley-off mərhələsini adladığına görə, UEFA "Qarabağ"ın büdcəsinə 1,2 milyon avro köçürəcək.

    Qeyd edək ki, bu gün Bakı vaxtı ilə 15:00-da 1/8 final mərhələsinin püşkü atılacaq.