XƏBƏRLƏR / İdman

İspaniya millisi Fransaya qalib gəldi, finala çıxdı

Qarşılaşma İspaniya seçməsinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb

İspaniya millisi Fransaya qalib gəldi, finala çıxdı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Almaniyada keçirilən Avropa çempionatının yarımfinal mərhələsində üz-üzə gələn İspaniya və Fransa yığmaları arasındakı oyun başa çatıb.

    Qarşılaşma İspaniya seçməsinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

    Bununla da ispanlar Avropa çempionatının finalına vəsiqə qazanıblar.

    Qeyd edək ki, növbəti finalçı bu gün baş tutacaq Niderland-İngiltərə oyunundan sonra məlum olacaq.