XƏBƏRLƏR / İdman

AVRO-2024: İspaniya - Fransa matçının hakimləri müəyyənləşib

UEFA-nın mətbuat xidməti xəbər verir

AVRO-2024: İspaniya - Fransa matçının hakimləri müəyyənləşib
Slavko Vinçiç
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Almaniyada təşkil olunan Avropa çempionatının yarımfinalında baş tutacaq İspaniya - Fransa matçının hakimləri müəyyənləşib.

    UEFA-nın mətbuat xidməti xəbər verir ki, qarşılaşmanı sloveniyalı hakimlər briqadası idarə edəcək.

    Görüşün baş hakimi Slavko Vinçiç olacaq. Ona Tomaj Klançik və Andraj Kovaçiç kömək edəcək. Dördüncü hakim funksiyasını İvan Krujlyak yerinə yetirəcək.

    VAR hakimi Neyts Kaytazoviç, onun köməkçiləri isə italiyalı Paolo Valeri və Massimiliano İrrati olacaq.

    Qeyd edək ki, İspaniya - Fransa matçı iyulun 9-da, saat 23:00-da keçiriləcək.