İranlı ağır atlet ömürlük idmandan uzaqlaşdırıldı
Bu barədə "Azad İran" telegram kanalı məlumat yayıb
İranlı idmançı Mustafa Rəcayi Ləngərudi Polşanın ev sahibliyi etdiyi ağır atletika üzrə keçirilən yarışda israilli rəqibi ilə əl sıxışdığına görə ömürlük idmandan uzaqlaşdırılıb.
Belə ki, iranlı və israilli idmançıların eyni platformada olmasını əks etdirən fotonun yayılması İranın Ağır Atletika Federasiyasının qəzəbinə səbəb olub.
Fotoların birində Mustafa Ləngərudinin israilli rəqibi ilə gülər üzlə və əl-ələ tutaraq söhbət etməsindən sonra Federasiya bəyanat yayıb: “Siyasi mövqeyimiz İran hökumətinin müqəddəs quruluşuna uyğundur və günahkar idmançının bütün idman növlərində iştirakına ömürlük qadağa qoyulmasından əlavə, bu işdə bütün təqsirkarlara qarşı ciddi və qəti tədbir görüləcək”.