XƏBƏRLƏR / İdman

Bu gün Avropa çempionatında yarımfinallara start verilir

Yarımfinal görüşü Münhendə Bakı vaxtı ilə saat 23:00-da başlayacaq

Bu gün Avropa çempionatında yarımfinallara start verilir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Futbol üzrə Avropa çempionatında yarımfinal mərhələsinə start verilir.

    Yarımfinalın ilk oyunu - İspaniya-Fransa oyunu iyulun 9-da baş tutacaq. Bu komandalar ümumilikdə 36 dəfə qarşılaşıblar. İspaniya 16 dəfə, Fransa 13 dəfə qalib gəlib, 7 matç heç-heçə bitib. İspanlar daha çox qol vurub - 64.

    1/4 finalda İspaniya Almaniyaya, Fransa isə Portuqaliyaya qalib gəlib.

    Yarımfinal görüşü Münhendə keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

    İkinci yarımfinal - İngiltərə-Hollandiya sabah baş tutacaq.