“Qarabağ” bu gün Avstriyada iki yoxlama oyunu keçirəcək
“Qarabağ” Tirolda 4 yoldaşlıq oyunu keçirməyi planlaşdırır
Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” futbol klubu bu gün iki yoxlama oyunu keçirəcək.
Baş məşqçisi Qurban Qurbanovun olduğu komanda ilk oyunda Almaniyanın “Kayzerslautern” klubu ilə qarşılaşacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.
İkinci oyunda isə “Qarabağ” saat 20:00-da Çexiyanın “Viktoriya” (Pilsen) klubu ilə qarşılaşacaq.
“Qarabağ” Tirolda 4 yoldaşlıq oyunu keçirməyi planlaşdırır. Növbəti rəqiblər hələ məlum deyil.