XƏBƏRLƏR / İdman

“Paris-2024” Yay Olimpiya Oyunlarına start verilib

Açılış oyunları futbol matçları ilə başlayır

“Paris-2024” Yay Olimpiya Oyunlarına start verilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarına start verilib.

    Açılış oyunları futbol matçları ilə başlayır. Argentina millisi Mərakeşlə, İspaniya yığması isə Özbəkistanla üz-üzə gələcək.

    Bu gün daha iki oyun keçiriləcək. Saat 21:00-da İraq –Ukrayna, saat 23:00-da isə Fransa - ABŞ yığmaları münasibətlərini aydınlaşdıracaqlar.

    Qeyd edək ki, Paris Olimpiadasının rəsmi açılış mərasimi iyulun 26-da Sena çayında təşkil ediləcək.

    Oyunlara avqustun 11-də bağlanış mərasimi ilə yekun vurulacaq.