XƏBƏRLƏR / İdman

Olimpiya Oyunlarının 2030-cu il üçün keçiriləcəyi yer

Fransa dördüncü dəfə qış Olimpiadasına ev sahibliyi edəcək

Olimpiya Oyunlarının 2030-cu il üçün keçiriləcəyi yer
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Olimpiya Oyunları 2030-cu ildə Fransa Alplarında keçiriləcək. Bu qərar Beynəlxalq Olimpiya Komitəsinin (BOK) sessiyasının səsverməsi nəticəsində verilib.

    “BOK olaraq, 2030-cu ilin Olimpiya Oyunlarının Fransa Alplarında keçiriləcəyini elan etməkdən şərəf duyuruq, bu zaman BOK-un müəyyən etdiyi şərtlərə əməl olunacaq,” - deyə təşkilatın rəhbəri Tomas Bax bildirib.

    Beləliklə, Fransa dördüncü dəfə qış Olimpiadasına ev sahibliyi edəcək. Əvvəlki oyunlar 1924-cü ildə Şamonidə, 1968-ci ildə Qrönobl və 1992-ci ildə Albertvilədə keçirilib.

    BOK-un 142-ci sessiyası 23-24 iyul tarixlərində Parisdə keçirilir, bu tarixlər 2024-cü il Yay Olimpiya Oyunlarının başlamasından əvvəlki dövrə təsadüf edir. Bu oyunlar 26 iyulda başlayacaq və 11 avqustda başa çatacaq.

    Qış Olimpiadası 2026-cı ildə İtaliyanın Milan və Kortina-d’Ampetsso şəhərlərində keçiriləcək.

    Yarışlar 6-22 fevral tarixlərində baş tutacaq.

    2034-cü il Qış Olimpiya Oyunlarına ev sahibliyi edəcək ölkə bəlli olub.

    Yarışlar ABŞ-ın Solt-Leyk-Siti şəhərində keçiriləcək.

    Bununla bağlı qərar Beynəlxalq Olimpiya Komitəsinin 142-ci sessiyasında qəbul olunub.

    Qeyd edək ki, bu şəhər 2002-ci ildə də analoji yarışları qəbul edib.