Erməni idmançılar Bakıya gəlmək istəyirlər
Onlar atıcılıq üzrə 53-cü dünya çempionatında iştirak üçün qeydiyyatdan keçiblər
Erməni idmançılar Bakıda keçiriləcək atıcılıq üzrə 53-cü dünya çempionatına qeydiyyatdan keçiblər.
Ermənistan Atıcılıq Federasiyasının baş katibi Areq Sarıbekyan jurnalistlərə deyib: "Komanda əlavə maneə olmadığı təqdirdə səfərə hazırlaşır".
Sarıbekyan idmançılara əlavə təzyiq yaratmamaq üçün komandanın tərkibini açıqlamayıb.
Azərbaycanın gənclər və idman naziri əmin edib ki, turnirdə bütün ölkələrin nümayəndələrinin təhlükəsizliyi təmin olunacaq.
Yarışlar avqustun 14-dən sentyabrın 1-dək keçiriləcək.