Paris-2024: Azərbaycan medal sıralamasında 22-ci sıradadır
Medal sayına görə Çin ABŞ-ı ötərək birinci yerdədir YENİLƏNİB
21:54
Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 22-ci pillədə qərarlaşıb.
Hələlik komandanın aktivində iki qızıl, bir gümüş, bir bürünc mükafat var.
Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar.
Taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) gümüş medal qazanıb.
Yunan-Roma güləşçisi Həsrət Cəfərov bürünc medal qazanıb.
Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib. O, mübarizəyə davam etdiyi üçün mükafat cədvəldə göstərilməyib.
Ukrayna (3 qızıl, 3 gümüş, 3 bürünc) 15-ci, Gürcüstan (1 qızıl, 2 gümüş, 1 bürünc) 33-cü, Türkiyə (1 gümüş, 3 bürünc) 60-cı, Ermənistan (2 gümüş, 1 bürünc) 58-ci, İran (2 qızıl, 2 bürünc) 24-ci sıradadır.
İlk "üçlük"də Çin (28 qızıl, 25 gümüş, 17 bürünc), ABŞ (27 qızıl, 35 gümüş, 33 bürünc), və Avstraliya (18 qızıl, 14 gümüş və 11 bürünc) yer alıblar.
Hələlik 80 ölkə medal əldə edə bilib.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
***
04:30
Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 22-ci pillədə qərarlaşıb.
Hələlik komandanın aktivində iki qızıl, bir gümüş mükafat var.
Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar.
Taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) gümüş medal qazanıb.
Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib. O, mübarizəyə davam etdiyi üçün mükafat cədvəldə göstərilməyib.
Ukrayna (3 qızıl, 2 gümüş, 3 bürünc) 17-ci, Gürcüstan (1 qızıl, 2 gümüş, 1 bürünc) 32-ci, Türkiyə (1 gümüş, 3 bürünc) 58-ci, Ermənistan (2 gümüş, 1 bürünc) 55-ci, İran (1 qızıl, 2 bürünc) 48-ci sıradadır.
İlk "üçlük"də ABŞ (27 qızıl, 35 gümüş, 32 bürünc), Çin (25 qızıl, 23 gümüş, 17 bürünc) və Avstraliya (18 qızıl, 12 gümüş və 11 bürünc) yer alıblar.
Hələlik 80 ölkə medal əldə edə bilib.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.