XƏBƏRLƏR / İdman

Türkiyə yığmasının baş məşqçisi təyin olunub

Vinçenzo Montellanın gedişindən sonra onun yerinə kimin gələcəyi ilə bağlı suallar yaranmışdı

Türkiyə yığmasının baş məşqçisi təyin olunub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Futbol üzrə Türkiyə milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

    Bu vəzifəyə Sergen Yalçın təyin olunub.

    Təcrübəli mütəxəssis təyinatı ilə bağlı şəxsi sosial şəbəkə hesabında paylaşım edib.

    Yerli mətbuatın məlumatına görə, tərəflər arasında 4 illik müqavilə imzalanıb.

    Qeyd edək ki, Sergen Yalçın son olaraq “Beşiktaş”ın baş məşqçisi vəzifəsində çalışıb.

    Vinçenzo Montellanın gedişindən sonra onun yerinə kimin gələcəyi ilə bağlı suallar yaranmışdı.