Kilian Mbappe Azərbaycan millisinə qarşı oynamayacaq
Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb
Fransa yığmasının ulduz futbolçusu Kilian Mbappe milli komandanın düşərgəsindən ayrılacaq.
Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb. Buna hücumçunun ayaq biləyi ilə bağlı yaşadığı problemlər səbəb olub.
Mbappenin durumunda risk olduğundan o, heyətdən çıxarılıb və yaxın günlərdə tibbi prosedurlara başlayacaq. Bu səbəbdən hücumçu qarşıdakı Azərbaycan yığması ilə oyunda Fransa millisinə kömək edə bilməyəcək.
Qeyd edək ki, Azərbaycan–Fransa görüşü noyabrın 16-da Bakıda təşkil olunacaq.
1 dəqiqədən az