XƏBƏRLƏR / İdman

Cüdo tarixində ilk dəfə Yaponiyada Azərbaycan himni

Hidayət Heydərov finalda yaponiyalı Soişi Haşimotoya qalib gəlib

Cüdo tarixində ilk dəfə Yaponiyada Azərbaycan himni
Hidayət Heydərov
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan cüdoçusu Hidayət Heydərov Yaponiyanın paytaxtı Tokioda keçirilən "Böyük Dəbilqə" turnirində tarixi uğura imza atıb.

    Cüdo Federasiyasından verilən məlumata görə, 73 kiloqram çəki dərəcəsində qızıl medal qazanan idmançı “Gündoğar ölkə”də fəxri kürsünün ən yüksək pilləsinə qalxan ilk Azərbaycan cüdoçusu olub.

    O, finalda yaponiyalı Soişi Haşimotoya qalib gəlib. Bununla da Azərbaycan cüdo tarixində ilk dəfə Yaponiyada Dövlət Himnimiz səsləndirilib.

    Qeyd edək ki, Azərbaycanın digər cüdoçusu Zelim Tçkayev (81 kiloqram) isə "Böyük Dəbilqə" turnirində üçüncü yeri tutub.